De Brüyne ABŞ klubuna keçir?
16.04.2025 , 23:15

Mövsümün sonunda “Mançester Siti”dən ayrılacaq Kevin De Brüyne karyerasını ABŞ-də davam etdirə bilər.
Korner.az xəbər verir ki, bu barədə Fabrizio Romano məlumat yayıb.
Ulduz futbolçunun xidmətində “Çikaqo Fayr” klubu maraqlıdır.
MLS təmsilçisi 33 yaşlı yarımmüdafiəçi üçün ilkin təklif göndərib.
Belçikalı oyunçu bu təklifi mövsümün sonunda dəyərləndirməyi düşünür.
