DÇ: Braziliya və Portuqaliyadan qələbə
25.11.2022 , 01:00

Bu gün Qətərdə keçirilən dünya çempionatında daha 4 oyun keçirilib.
Korner.az xəbər verir ki, G və H qrpularında mübarizə başlayıb.
Günün ilk matçında G qrupunda yer alan İsveçrə yığması Kamerunla üz-üzə gəlib və 1:0 hesablı qələbə qazanıb. Mundialın favoriti Braziliya isə Serbiyanın müqavimətini qırmağa çalışıb və 2:0 hesablı qələbə qazanıb.
H qrupunda Portuqaliya Qana ilə qarşılaşıb 3:2 hesablı qələbə əldə edib. Uruqvay isə Cənubi Koreya ilə heç-heçəyə razılaşıb – 0:0.
Dünya çempionatı
Qrup mərhələsi, ilk tur
24 noyabr
G qrupu
14:00. İsveçrə – Kamerun – 1:0
Qol: Bril Embolo, 48
23:00. Braziliya – Serbiya – 2:0
H qrupu
17:00. Uruqvay – Cənubi Koreya – 0:0
20:00. Portuqaliya – Qana – 3:2
