Honqkonqda azərbaycanlı idmançıların iştirakı ilə sumo güləşi üzrə dünya çempionatı keçirilib.
Korner.az-ın məlumatına görə, 100 kq-dək çəki dərəcəsində çıxış edən Əmiraslan Əhmədov Tailand və Ukrayna nümayəndələrinə qalib gəlib. Lakin yarımfinalda yaponiyalı idmançıya məğlub olan güləşçimiz 3-cü yer uğrunda brazilyalı ilə mübarizə aparıb və qalib gəlib.
Samir İsmayılov (60 kq) ilk görüşdəcə yaponiyalı idmançıya məğlub olub. O təsəlliverici görüşdə avstraliyalıya qalib gəlsə də Macarıstan təmsilçisinə məğlub olaraq, oyundan kənarda qalıb.
Qeyd edək ki, çempionatda 34 ölkədən olan idmançılar iştirak edir.
