DÇ-2014-ün iyulun 4-də keçiriləcək 1/4 final mərhələsinin iki oyununu idarə edəcək hakimlər müəyyənləşib.
Korner.az-ın məlumatına görə, oyunlardan birini argentinalı, digərini isə ispan referi idarə edəcək.
Belə ki, Fransa-Almaniya oyununda argentinalı Nestor Pitana, Braziliya – Kolumbiya görüşündə isə ispan Karlos Velasko Karbalyo "fit çalacaq".
İyulun 5-də keçiriləcək 1/4 final mərhələsinin digər iki matçını idarə edəcək hakimlərin adları isə hələ bəlli deyil.
