DÇ-də rekord izləyici
18.10.2019 , 19:31

Fransanın bu il ev sahibliyi etdiyi qadınların dünya çempionatı izləyici rekordu qırıb.
Korner.az xəbər verir ki, sözügedən mundialı 1.12 milyard şəxs televiziya vasitəsilə canlı olaraq izləyib. Bu isə turnirin tarixi üçün rekord göstəricidi.
ABŞ-ın Hollandiyaya 2:0 hesabı ilə qalib gələrək tarixində 4-də dəfə çempion olduğu final görüşünə isə 260 milyon insan baxıb. Bu, dünya çempionatları tarixində ən çox izlənilən oyun olub.
