DÇ: Azərbaycan taekvondoçusu mübarizəyə başlayır
15.11.2022 , 10:28

Azərbaycan taekvondoçusu Taleh Süleymanov bu gün Meksikanın Qvadalaxara şəhərindəki dünya çempionatında mübarizəyə başlayacaq.
Korner.az xəbər verir ki, 87 kq çəki dərəcəsində çıxış edən idmançı ilk olaraq Serbiyanı təmsil edən Mehdi Khodabakhshi ilə qarşılaşacaq.
Azərbaycan yarışda 8 taekvondoçu ilə təmsil olunur.
