2026-cı ildə keçiriləcək dünya çempionatına ev sahibliyi etmək istəyən ABŞ, Meksika və Kanadanın şəhərlərin siyahısı müəyyənləşib.
İlkin sifariş siyahısında 41 şəhər yer alıb. Bunlardan 32-si ABŞ, 6-sı Kanada, 3-ü isə Meksikadandır. Lakin yekunda 12 şəhərdən 20-25 stadion seçiləcək və 2018-ci ilin martında rəsmi sifariş formasında FİFA-ya təqdim olunacaq.
Qeyd edək ki, ilk dəfə 2026-cı ildə keçiriləcək dünya çempionatının final mərhələsində 48 ölkə mübarizə aparacaq.
