2022-ci ildə Qətərdə təşkil olunacaq dünya çempionatının vaxtı müəyyənləşib.
Korner.az-ın Qol.Az-a istinadən verdiyi xəbərə görə, dünya futbolu tarixində ilk dəfə olaraq bu turnirin matçları noyabr-dekabr aylarında keçiriləcək.
Buna FİFA-nın bu gün Dohada keçirdiyi iclasda qərar verilib. Bu günə kimi dünya çempionatının qarşılaşmaları yay aylarında keçirilirdi.
“DÇ-2022″nin finalının dekabrın 23-ü keçiriləcəyi nəzərdə tutulub.
