Argentina finalda
14.12.2022 , 01:00

Dünya çempionatında bu gün yarımfinal mərhələsinə start verilib.
Korner.az xəbər verir ki, ilk oyun günündə bir qarşılaşma baş tutub.
1/4 finalda Xorvatiya Argentina ilə qarşılaşıb. Bu görüşdə Argentina millisi 3:0 hesablı qələbə qazanaraq, finala adını yazdırıb.
Yarımfinalın digər oyunu sabah olacaq. Mərakeş Fransa ilə üz-üzə gələcək.
Dünya çempionatı
Yarımfinal mərhələsi
13 dekabr
23:00. Argentina – Xorvatiya – 3:0
Baş hakim: Daniele Orsato (İtaliya)
