DÇ-2022-nin təqvimi açıqlandı
15.07.2020 , 18:12

2022-ci ildə Qətərdə keçiriləcək dünya çempionatının təqvimi açıqlanıb.
Korner.az xəbər verir ki, bu barədə ali futbol qurumu saytı vasitəsilə məlumat yayıb. Turnir 2022-ci il noyabrın 21-dən dekabrın 18-dək təşkil olunacaq.
Mundialın açılış qarşılaşması noyabrın 21-i Bakı vaxtı ilə 14:00-da baş tutacaq. Matç 60 min azarkeş tutumuna malik olan “Əl Beyt” stadionunda keçiriləcək. Turnirin finalı dekabrın 18-i Bakı vaxtı ilə 19:00-da “Lusail” stadionunda təşkil ediləcək.
