DÇ-2022-də neçə komanda iştirak edəcək?
23.05.2019 , 10:24

FIFA 2022-ci ildə Qətərdə keçiriləcək dünya çempionatında neçə komandanın iştirak edəcəyini açıqlayıb.
Turnir 32 komandanın iştirakı ilə keçiriləcək.
Ali futbol qurumu bir müddət öncə 48 komandalı turniri DÇ-2022-də həyata keçirməyi düşünürdü. Yekun müzakirələrdən sonra DÇ-2022-də 32 komandanın iştirakı təsdiqlənib.
FIFA daha öncə açıqladığı kimi, ABŞ, Kanda və Meksikada keçiriləcək DÇ-2026-da 48 ölkənin turnirə qatılacağını bəyan edib.
Qeyd edək ki, DÇ-2022 iqlim şəraitinə görə noyabrın 21-də başlayacaq və dekabrın 18-də başa çatacaq.
