DÇ-2022: Əliyar Ağayevə təyinat
25.03.2021 , 12:17

FIFA referisi Əliyar Ağayev DÇ-2022-nin seçmə mərhələsi oyununa təyinat alıb.
O, F qrupunda Danimarka – Moldova qarşılaşmasının baş hakimi olacaq. Ağayevə Zeynal Zeynalov və Akif Əmirəli köməklik edəcək. Dördüncü hakim funksiyasını Elçin Məsiyev yerinə yetirəcək.
Martın 28-də Herninq şəhərindəki “Herninq Arena”da keçiriləcək Danimarka – Moldova matçı Bakı vaxtı ilə saat 20:00-da başlayacaq.
