2019-cu ildə qadınlar arasında keçiriləcək dünya çempionatının məkanı bəlli olub.
Korner.az-ın məlumatına görə, mundial Fransada baş tutacaq.
Bu haqda bu gün İsveçrənin Sürix şəhərində keçiriliən FİFA İcraiyyə Komitəsinin iclasında qərarqəbul edib.
Qeyd edək ki, daha əvvəl dünya çempionatının keçrilməsinə 5 ölkə – İngiltərə, Fransa, Cənubi Koreya, Yeni Zelandiya və Cənubi Afrika namizədliyini irəli sürmüşdü. Lakin 2 iddiaçıdan Fransa və Cənubi Koreya arasında seçimdə Avropa təmsilçisi qalib ayrılıb. Hazırkı çempionlar isə Yaponiya yığmasıdı. DÇ-2015 isə Kanadada təşkil ediləcək.