Gələn il Rusiyada keçiriləcək dünya çempionatının final mərhələsində iştirak edəcək 32 komandadan 26-sı artıq məlumdur
Daha 6 vəsiqənin sahibi yaxın günlərdə müəyyənləşəcək. Vəsiqələrdən 4-ü Avropa zonası, daha 2-si qitələrarası oyunların qaliblərinə qismət olacaq.
Artıq bu gün İsveçrə – Şimali İrlandiya və Yunanıstan – Xorvatiya görüşlərindən sonra DÇ-2018-in daha 2 iştirakçısı dəqiqləşəcək. Digər 4 qalib isə aşağıdakı təkrar pley-off matçlarından sonra bilinəcək:
13 noyabr. İtaliya – İsveç
14 noyabr. İrlandiya – Danimarka
15 noyabr. Avstraliya – Honduras
16 noyabr. Peru – Yeni Zelandiya
DÇ-2018-ə vəsiqəni təmin edən 26 komanda
Rusiya (təşkilatçı ölkə), Almaniya (son dünya çempionu), İngiltərə, Belçika, İslandiya, İspaniya, Polşa, Portuqaliya, Serbiya, Fransa, Argentina, Braziliya, Misir, İran, Kolumbiya, Kosta-Rika, Meksika, Nigeriya, Panama, Səudiyyə Ərəbistanı, Uruqvay, Cənubi Koreya, Yaponiya, Seneqal, Tunis, Mərakeş
