DÇ-2018-in qrup mərhələsinin rəmzi yığması açıqlanıb.
“WhoScored” portalı baş tutan 48 qarşılaşmaya əsasən ən yaxşı “11-liy” müəyyənləşdirib. Lionel Messi və Kriştianu Ronaldo kimi ulduzlar yığmadan kənarda qalıb.
Rəmzi heyət belədi:
Qapıçı: Ço Xen U (Cənubi Koreya)
Müdafiəçilər: Mikael Lustiq (İsveç), Yerri Mina (Kolumbiya), Xose Ximenes (Uruqvay), İvan Striniç (Xorvatiya)
Yarımmüdafiəçilər: Kevin Trippyer (İngiltərə), Aleksandr Qolovin (Rusiya), Koutinyo (Braziliya), Neymar (Braziliya)
Hücumçular: Harri Keyn (İngiltərə), Romelu Lukaku (Belçika)
