Bu gün "DÇ-2018"in seçmə mərhələsinin püşkü atılacaq.
Korner.az-ın məlumatına görə, tədbir Rusiyanın Sankt-Peterburq şəhərində keçiriləcək.
Püşk Avropa zonası üzrə qrupların tərkibini müəyyənləşdirəcək, Asiya, Okeaniya və KONKAKAF (Şimali, Mərkəzi Amerika və Karib hövzəsi ölkələri) zonalarındakı komandaları cütlük və qruplara böləcək, habelə Cənubi Amerikada seçmə turnirin cədvəli elan olunacaq. Rusiya millisi təşkilatçı olduğundan, seçmə mərhələyə qatılmayacaq. Amma şimal qonşularımız Avropa zonasında 5 komandalı qruplardan birinə bölünərək, yoldaşlıq görüşləri keçirəcək. Ümumiyyətlə, "köhnə qitə" komandaları 6 səbətə bölünəcəklər. Azərbaycan millisi 5-ci səbətdə yer alacaq.
1-ci səbət: Almaniya, Belçika, Hollandiya, Portuqaliya, Rumıniya, İngiltərə, Uels, İspaniya, Xorvatiya
2-ci səbət: Slovakiya, Avstriya, İtaliya, İsveçrə, Çexiya, Fransa, İslandiya, Danimarka, Bosniya və Herseqovina
3-cü səbət: Ukrayna, Şotlandiya, Polşa, Macarıstan, İsveç, Albaniya, Şimali İrlandiya, Serbiya, Yunanıstan
4-cü səbət: Türkiyə, Sloveniya, İsrail, İrlandiya, Norveç, Bolqarıstan, Farer adaları, Monteneqro, Estoniya
5-ci səbət: Kipr, Latviya, Ermənistan, Finlandiya, Belarus, Makedoniya, AZƏRBAYCAN, Litva, Moldova
6-cı səbət: Qazaxıstan, Lüksemburq, Lixtenşteyn, Gürcüstan, Malta, San-Marino, Andorra
A qrupu: Hollandiya, Fransa, İsveç, Bolqarıstan, Belarus, Lüksemburq
B qrupu: Portuqaliya, İsveçrə, Macarıstan, Farer adaları, Latviya, Andorra
C qrupu: Almaniya, Çexiya, Şimali İrlandiya, Norveç, Azərbaycan, San-Marino
D qrupu: Uels, Avstriya, Serbiya, İrlandiya, Moldova, Gürcüstan
E qrupu: Rumıniya, Danimarka, Polşa, Monteneqro, Ermənistan, Qazaxıstan
F qrupu: İngiltərə,Slovakiya, Şotlandiya, Sloveniya, Litva, Malta
G qrupu: İspaniya, İtaliya, Albaniya, İsrail, Makedoniya, Lixtenşteyn
H qrupu: Belçika, Bosniya və Hersoqovina, Yunanıstan, Estoniya, Kipr
I qrupu: Xorvatiya, İslandiya, Ukrayna, Türkiyə, Finlandiya
