2018-ci ildə keçiriləcək futbol üzrə Dünya çempionatının seçmə mərhələsində püşkatma zamanı Azərbaycan millisinin hansı səbətdə yer alacağı dəqiqləşib.
Korner.az-ın məlumatına görə, FİFA reytinqinə əsasən tərtib olunacaq püşkatma səbətlərində milli komandamız beşinci səbətdə yer alacaq.
Beşinci səbətdə millimizlə birlikdə Kipr, Latviya, Ermənistan, Finlandiya, Belarus, Makedoniya, Litva və Moldova milli komandaları da yer alıb. Bu isə o deməkdir ki, adıçəkilən millilərlə eyni qrupa düşməyəcəyik.
Qeyd edək ki, DÇ-2018-in seçmə mərhələsinin püşkatma mərasimi iyulun 25-də Sankt-Peterburq şəhərində keçiriləcək.
