DÇ-2018-in talismanı seçilən “Zabivaka”nın qiyməti bəlli olub.
Korner.az-ın məlumatına görə, talismanın qrafiki rəssamı TOmsk Universitetinin “Qrafik dizayn” kafedrasının tələbəsi Yekaterina Boçarova bildirib ki, gördüyü işin müqabilində FİFA ona 500 dollar pul verib.
“Mənə 500 dollar ödədilər. İndi talismanın hüquqları FİFA-dadır. Uşaqlıqdan multiplikasiya ilə məşğul olmağı sevirəm. “Disney”də işləmək planım var”, – deyə müəllif bildirib.
Qeyd edək ki, “Zabivaka” bir milyondan artıq namizəd talisman arasından seçilib.
