DÇ-2018-in son qərarını O verəcək
12.07.2018 , 23:29

DÇ-2018-in final oyununa hakim təyinatları açıqlanıb
Qol.az-ın FİFA-nın saytına istinadən yaydığı xəbərə görə, iyulun 15-də Fransa və Xorvatiya arasında keçiriləcək həlledici matçı argentinalı hakimlər briqadası idarə edəcək. Görüşün baş hakimi Nestor Pitana olacaq.
İyulun 14-də Belçika və İngiltərənin üçüncülük uğrunda oyunu isə iranlı hakimlərə tapşırılıb. Matçı Əlireza Fəqani idarə edəcək.
