Səudiyyə Ərəbistanının Futbol Federasiyası 2018-ci il dünya çempionatına təyinat almış hakim Fəhəd əl-Mirdasini ömürlük cəzalandırıb.
Buna səbəb əl-Mirdasinin danışılmış oyunlarda iştirak etməsidir.
Ərəbistan kubokunun finalında oyun gedərkən matçdan kənarlaşdırılan referi finalçı komandalardan birinə məktub yollayaraq nəticəni onların xeyrinə həll etmək üçün kömək vəd edib. Hazırda 33 yaşlı baş hakim həbsdədir.
Qeyd edək ki, Əl-Mirdasinin 2017-ci il Konfederasiyalar Kubokunda 3-cülük oyununda və Rio-2016 Olimpiadasında hakimlik edib.
