Belçika millisi DÇ-2018-in bürünc mükafatçısı oldu
14.07.2018 , 20:10

Bu gün DÇ-2018-in bürünc mükafatçısı müəyyənləşəcək. Üçüncülük uğrunda Belçika və İngiltərə milliləri üz-üzə gələcək.
Mundialın sürpriz komandası sayılan Belçika yığması 1/8 finalda Yaponiya, 1/4 finalda isə beşqat dünya çempionu Braziliyanı mübarizədən kənarlaşdırıb. Roberto Martinesin komandası yarımfinalda Fransa səddini keçə bilməyib.
İnglitərə isə 1/8 finalda Kolumbiya, 1/4 finalda İsveçdən güclü olub. Britaniyalılar finala gedən yolda Xorvatiya ilə bacarmayıb.
Xatırladaq ki, sabah keçiriləcək final oyununda Fransa və Xorvatiya milliləri üz-üzə gələcək.
14 iyul
Dünya çempionatı
3-cü yer uğrunda oyun
18:00. Belçika – İngiltərə 2-0
Qol: Tomas Meunier, 4, Eden Hazard, 82
Baş hakim: Alireza Faqani (İran)
Sankt-Peterburq. Şəhər stadionu
