DÇ-2018-i dünya əhalisinin yarısından çoxu izləyib – rekord
21.12.2018 , 18:28

Yayda Rusiyada keçirilən dünya çempionatını dünya əhalisinin yarısından çoxu izləyib.
Bu barədə FIFA-nın rəsmi saytı məlumat yayıb.
Dünyanın bütün ölkələrində yayımlanan mundialın oyunlarına 3,572 milyard tamaşaçı ekran qarşısından baxıb. 3,04 milyard insan dünya çempionatının bütün matçlarını ən azı 3 dəqiqə izləyib ki, bu da rekord göstəricidir.
Fransa və Xorvatiya arasında keçirilən final matçını isə 1.12 milyard insan seyr edib.
Xatırladaq ki, finalda 4:2 hesabı ilə qalib gələn Fransa dünya çempionatının qalibi olub.
