Argentina millisi dünya çempionatı öncəsi ağır itki ilə üzləşib.
Yığmanın əsas qapıçısı Serxio Romero sıradan çıxıb. “Mançester Yunayted”in qolkiperi bu səbəbdən mundiala aparılacaq heyətdən çıxarılıb. Onun əvəzinə “Tiqres”in qapıçısı Nauel Qusman dəvət olunub.
Argentina İslandiya, Xorvatiya və Nigeriya ilə eyni qrupda mübarizə aparacaq.
