Bu gün Kolumbiyada futzal üzrə dünya çempionatının püşkü atılacaq.
Korner.az-ın məlumatına görə, milli komandamızın da çıxış edəcəyi mundialda qrupların tərkibi bu gün təşkil olunacaq püşkatma mərasimində müəyyənləşəcək.
DÇ-da çıxış edəcək 24 milli komanda 4 səbətə bölünüb. Tarixində ilk dəfə final mərhələsinə vəsiqə qazanan Azərbaycan millisi sonuncu səbətdə yer alıb.
Qeyd edək ki, püşkatma mərasimi 19-dan 20-nə keçən gecə Bakı vaxtı ilə saat 04:00-da baş tutacaq.
Xatırladaq ki, Kolumbiyada keçiriləcək mundial bu ilin sentyabr ayının 10-dan oktyabrın 1-dək keçiriləcək.
