Braziliyada keçiriləcək dünya çempionatının rəsmi mahnısı futbolsevərlərə təqdim olunub.
Korner.az-ın məlumatına görə, final mərhələsindən 65 gün əvvəl üç müğənninin ifa etdiyi musiqi internetdə yayılıb.
“We Are One” adlanan parçanın mənası “Biz birlikdəyik”dir. Rəsmi mahnını məşhurlar – repçi Pitbul, müğənni Cennifer Lopes və braziliyalı Klaudiya Leyte ifa edir.
Qeyd edək ki, dünya çempionatı iyunun 12-də start götürəcək.
