Bu gün DŞ-2014-ün seçmə qrup mərhələsində üçüncü turun oyunları keçiriləcək.
Korner.az-ın məlumatına görə. millimizin istirahət edəcəyi turda azarkeşləri maraqlı oyunlar gözləyir.
Azərbaycan futbolsevərlərinin diqqəti Türkiyə seçməsi üzərində olacaq. Qardaş ölkə futbolçuları Rumıniya yığması ilə qarşılaşacaqlar. "Ay-ulduzlar" doğma meydan amilindən yararlanaraq qələbə qazanmaq niyyətindədi.
Milli komandamızın qərarlaşdığı F qrupunda isə iki qarşılaşma baş tutacaq. Xala həsrət İsrail millisi səfərdə Lüksemburqun qonağı olacaq. Qrupun favoritlri isə Moskvada qarşı-qarşıya gələcək. Rusiya millisi Portuqaliya seçməsini qonaq edəcək.
Qeyd edək ki, seçmə mərhələnin növbəti görüşləri 4 gün sonra keçiriləcək.
12 oktyabr
DÇ-2014-ün seçmə mərhələsinin oyunları
A qrupu
23:30. Serbiya – Belçika
23:30. Makedoniya – Xorvatiya
23:45. Uels – Şotlandiya
B qrupu
21:00. Çexiya – Malta
22:00. Ermənistan – İtaliya
23:00. Bolqarıstan – Danimarka
C qrupu
21:00. Farer adaları – İsveç
21:00. Qazaxıstan – Avstriya
23:45. İrlandiya – Almaniya
D qrupu
22:30. Türkiyə – Rumıniya
23:30. Estoniya – Macarıstan
23:30. Hollandiya – Andorra
E qrupu
22:00. Albaniya – İslandiya
23:30. İsveçrə – Norveç
23:45. Sloveniya – Kipr
F qrupu
20:00. Rusiya – Portuqaliya
00:00. Lüksemburq – İsrail
G qrupu
22:30. Lixtenşteyn – Litva
23:15. Slovakiya – Latviya
23:45. Yunanıstan – Bosniya-Herseqovina
H qrupu
23:00. Moldova – Ukrayna
00:00. İngiltərə – San Marino
İ qrupu
20:30. Finlandiya – Gürcüstan
23:00. Belarus – İspaniya
