Warning: file_get_contents(http://api.football-data.org/v2/matches?dateFrom=2019-06-16&&dateTo=2019-06-17): failed to open stream: HTTP request failed! HTTP/1.1 429 in /usr/www/users/korner/wp-content/themes/flex-mag/scoreboard.php on line 382

Warning: Invalid argument supplied for foreach() in /usr/www/users/korner/wp-content/themes/flex-mag/scoreboard.php on line 384
Ölkə futbolu

Davit Volkov: “Nəhayət, tilsimi qıra bildim”

14.04.2019 , 19:22

Azərbaycan Premyer Liqasının 24-cü turunda səfərdə “Keşlə”ni 2:1 hesabı ilə məğlub edən “Qəbələ”nin hücumçusu Davit Volkov oyundan sonra jurnalistlərə açıqlama verib.

Oyunda komandasının ikinci qoluna imza atan gürcüstanlı futbolçu qələbəni şərh edib: “Çətin oyun oldu. Yaxşı əhval-ruhiyyədə olmaq üçün qələbənin vacib olduğunu bilirdik. Əlimizdən gələni etdik ki, qalib gələk”.

23 yaşlı forvard “Qəbələ”də ilk qolunu vurması barədə bunları deyib: “İlk qolu vurmaq üçün bir müddət gözləməli oldum. Sevinirəm, nəhayət, tilsimi qıra bildim. Demək olar ki, iki il idi ki, belə stadionda futbol oynamırdım. Süni öt örtüklü meydanda oynamaq ağırdır”.

Volkov ölkə kubokunu qazanmaq istədiklərini sözlərinə əlavə edib:

“Son oyunlarda qalib gələ bilmirdik, heç-heçələr edirdik və son matçda “Qarabağ”a uduzmuşduq. Bu oyuna xüsusi motivasiya ilə çıxmışdım. Ölkə kubokunu qazanmaq əsas hədəflərdən biridir. Çempionatda 3-cü yeri tutmaq istəyirik”.

Son yazılar

Yuxarı