David Yuraşek ölkəsinə qayıtdı
14.01.2026 , 10:00
“Benfika”nın sol cinah müdafiəçisi David Yuraşek karyerasını Çexiyada davam etdirəcək.
Korner.az xəbər verir ki, 25 yaşlı futbolçu “Slaviya” klubuna transfer olunub. Bu barədə Praqa təmsilçisinin mətbuat xidməti məlumat yayıb.
“Slaviya” Yuraşekin keçidi üçün Portuqaliya klubuna 3 milyon avro ödəyib. Çexiyalı müdafiəçi yeni klubu ilə 2029-cu ilin yayına qədər qüvvədə olacaq müqaviləyə imza atıb.