"Atletiko" (Madrid) klubunun futbolçusu David Vilya "Barselona" ilə cavab oyununu şərh edib.
Korner.az-ın məlumatına görə, Vilya bu qələbə ilə tarixə keçdiklərini deyib.
Ulduz futbolçu açqılamasında bunları da dilə gətirib: "Tarixə keçən və əsla unutmayacağımız günlər yaşayırıq. Çox yaxşı bir nəticə aldıq və sonunda turu keçən tərəf olduq. "Barselona" kimi komandaya qarşı 90 dəqiqə boyunca oyunu qabaqda aparmağımız çətindi. Bunun öhdəsindən gəldik".
