İspaniya millisinin heyətində itki baş verib.
“Nyu-York Siti”nin futbolçusu David Vilya millinin düşərgəsini tərk edib. Buna 35 yaşlı hücumçunun məşq zamanı ombasından zədələnməsi səbəb olub. Təcrübəli forvard Lixtenşteynlə səfər matçında komandasına kömək edə bilməyəcək.
Vilya DÇ-2018-in seçmə mərhələsində şənbə günü keçirilən İtaliyaya qarşı matçda (3:0) iştirak edib.
