David Ospina “Napoli”də
16.08.2018 , 16:30

“Arsenal”la yolları ayrılan David Ospina karyerasını İtaliyada davam etdirəcək
İngiltərə mətbuatının yaydığı məlumata görə, kolumbiyalı qolkiper “Napoli”də icarə əsasında çıxış edəcək. Neapol təmsilçisi mövsümün sonunda təcrübəlim oyunçunu birdəfəlik də transfer edə bilər.
Qeyd edək ki, Ospina ötən mövsüm “Arsenal”ın heyətində ümumilikdə 21 oyun keçirib.
