PSJ-nin yeni transferi David Luiz “Çelsi”dən ayrılma səbəbini açıqlayıb.
Korner.az-ın məlumatına görə, braziliyalı müdaifəçi bunları dilə gətirib:
”Çelsi” mənə yeni müqavilə təklif etmişdi. Amma mən Parisə getməyi üstün tutdum. PSJ-nin mənə təklif etdiyi plan diqqətimi çəkmişdi. Hal-hazırda doğru seçim etdiyimə hər hansı bir şübhəm yoxdur. ”Çelsi”-də gözəl günlər keçirdim. Bir Çempionlar Liqası və bir “FA Cup” çempionluğunu yaşadım”
Şanslı bir insan olduğunu sözlərinə əlavə edən müdaifəçi:
”Hər zaman böyük klublarda oynamaq fürsəti qazandım. ”Çelsi” böyük klubdu. Oradan PSJ-yə transfer olunmaqla yenə böyük bir klubda oynamaq şansı əldə etdim”, – sözlərini bildirib.
