Dünya Futbolu

David Luisin yeni klubu məlum oldu

11.09.2021 , 16:52

“Arsenal”dan ayrılan braziliyalı futbolçu David Luis karyerasını ölkəsində davam etdirəcək.

Korner.az xəbər verir ki, 34 yaşlı müdafiəçi “Flamenqo” ilə razılığa gəlib.

O, 2022-ci ilin sonunadək bu komandanın formasını geyinəcək.

David Luis ötən mövsüm London təmsilçisinin heyətində 30 oyuna çıxıb və 2 qol vurub.

Son yazılar

Yuxarı