“Çelsi”nin futbolçusu David Luis yenidən zədələnib.
Dizindən zədə alan braziliyalı müdafiəçinin bu ay oynamayacağı bildirilib. Onun “Vest Hem”ə qarşı aprelin 8-i keçiriləcək matça kimi məşqlərə qayıdacağı gözlənilir.
Qeyd edək ki, D.Luis 2016-cı ildən “Çelsi”də oynayır.
