David Luis “Çelsi”dən ayrılır
25.12.2018 , 09:12

“Çelsi”nin futbolçusu David Luis klubu ilə yeni müqavilə imzalamayacaq.
Braziliyalı müdafiəçi 2019-cu ilin yayında – sözləşməsi başa çatanda London təmsilçisindən ayrılacaq.
Təcrübəli futbolçu “zadəganlarl”a uzunmüddətli müqavilə bağlamaq istəsə də, klub 30 yaşdan yuxarı oyunçularla 1 ildən artıq müddətə saziş imzalamayacağını açıqlayıb. Bu təkliflə razılaşmayan Luis yayda klubdan ayrılmağa qərar verib.
Qeyd edək ki, D.Luis bu mövsüm Premyer Liqada 17 oyun keçirib və 1 qol vurub
