David de Xea klubun tarixinə düşdü
11.07.2020 , 17:26

“Mançester Yunayted”in qapıçısı David de Xea klubun tarixinə düşüb.
Korner.az xəbər verir ki, 29 yaşlı qolkiper Premyer Liqanın 34-cü turunun “Aston Villa” ilə matçında iştirak edərək (3:0), “qırmızı şeytanlar”dakı oyun sayını 399-a çatdırıb.
Bununla da o, klub tarixində ən çox oyun keçirən legioner qapıçı olub.
Bundan əvvəlki rekord MY-nin sabiq qapıçısı Kasper Şmeyxelə aid idi.
