Əvvəllər "Atletiko"da forma geyən, hazırda isə "Mançestr Yunayted"in qolkiperi olan David De Xea Madrid klubunun İspaniya La Liqasında qalib gələ biləcəyi ilə bağlı optimist fikirlər söyləyib.
Korner.az-ın məlumatına görə, qolkiper son zamanlar komandanın fantastik futbol nümayiş etdirdiyini bildirib.
"Düşünürəm ki, klub Dieqo Simeonenin gəlişindən sonra xeyli dəyişib. Əgər bundan sonra da yaxşı nəticə göstərsələr, inanıram ki, İspaniya La Liqasının qalibi ola biləcəklər", deyə De Xea bildirib.
