David Alaba: “Artıq bəzi şeyləri dəyişmək vaxtıdır”
23.03.2019 , 16:17

Almaniyanın “Bavariya” klubunun cinah futbolçusu David Alaba gələcək karyerası barədə danışıb.
Avstriyalı futbolçu dəyişiklik etmək və yeni macəra axtarışına çıxmaq istədiyini bildirib
“Artıq bir şeyləri dəyişmək vaxtıdır. İspaniya və ya İngiltərə klublarından birində çıxış etmək istəyirəm. Bu, “Barselona” ya da “Real” ola bilər. İngiltərədən isə, “Arsenal” klubunda çıxış etmək istərdim.”
Qeyd edək ki, David Alaba 2010-cu ildən “Bavariya” klubunda çıxış edir.
