Daum səhhəti ilə bağlı danışdı
23.05.2023 , 22:40

“Beşiktaş”, “Fənərbağça” və “Bursaspor” kimi klubları çalışdıran Kristof Daum bir müddətdir ki, xərçəng xəstəliyindən müalicə olunur.
Korner.az xəbər verir ki, ötən günlərdə reanimasiyaya alınan və futbolsevərləri qorxuya salan Kristof Daum səhhəti ilə bağlı açıqlama verib.
“Bild”ə danışan Daum bu gündən ikinci dəfə kimyaterapiyaya başlayacağını bildirib:
“Lazım olan dərmanları qəbul edirəm və yaxşı qidalanıram. Kimyaterapiyaya baxmayaraq, bu həftə sonu idman etmək istəyirəm. Pis vaxtlarınız olsa belə, bunu bacarmaq vacibdir. Ayağa qalxmaq və gələcəyə ümidlə baxmaq lazımdır”.
