Darvin Nunyes onunla əvəzlənə bilər
27.02.2025 , 22:30

“Liverpul”un hücumçusu Darvin Nunyes klubundan ayrıla bilər.
Korner.az xəbər verir ki, Mersisayd təmsilçisi futbolçunu sata bilər.
İngiltərə nəhəngi 25 yaşlı uruqvaylı üçün əvəzləyici taparsa, mövsümün sonunda onunla yollarını ayıracaq.
Klub hazırda bir neçə namizədi nəzərdən keçirir. Bunlardan biri “Brayton”da çıxış edən Joao Pedrodur.
