big boobs kissing touching figure big tited hot office bregette porns bbcpie big black dick pours multiple creampies into tiny blonde indian aunties outdoors hydden caught sexy hot picture download desi sex video sexy among us domination milky cumsplosion with inflation blast
Futbol

Darmadağınla gələn 100-cü qələbə

30.04.2012 , 09:38

“Qəbələ”nin bütün tarixi qələbələri darmadağınla olub.

Premyer Liqanın XXX turu “Qəbələ” klubu üçün tarixi hadisə ilə əlamətdar olub. Korner.az klubun rəsmi saytına istinadən xəbər verir ki, komanda tarixində 100-cü qələbəsini qazanıb.

“Bakı” ilə aprelin 29-dakı görüşə qədər 229 matç keçirən “Qəbələ” bu qarşılaşmaların 99-da qalib gəlmişdi. Yubileyi 4:0 hesablı darmadağınla qeyd edən futbolçular Premyer Liqadakı qələbələrin sayını 64-ə çatdırdı. Digər 22 qələbə birinci dəstə, 14 qələbə isə Azərbaycan kubokuna təsadüf edib.

Maraqlıdır ki, “Qəbələ”nin bütün tarixi qələbələri darmadağınla olub. İlk qələbə 2005-ci il sentyabrın 21-də birinci dəstədə əldə olunub. Həmin vaxt “Şərur” 8:0 hesabı ilə darmadağın edilib. 50-ci qələbə isə Premyer Liqaya təsadüf edib. 2008/09 mövsümünün 2009-cu il fevralın 14-də “Muğan”la Salyandakı görüşündə komanda 4:0 hesabı ilə qalib gəlmişdi. Bu dəfə də yubiley 4 cavabsız qolla gəldi.

Lakin “Bakı” ilə qarşılaşma təkcə 100-cü qələbə ilə deyil, başqa maraqlı məqamlarla da əlamətdar olub.

– Qarşılaşma eyni zamanda Premyer Liqadakı ev oyunlarında 40-cı qələbə oldu.

– Fatih Kavlak baş məşqçi kimi Premyer Liqada 10-cu qələbəyə şahid oldu.

– Matçın 58-ci dəqiqəsində Viktor Mendinin vurduğu qol “Qəbələ”nin tarixində 300-cü qol oldu. Bu matçadək 297 dəfə fərqlənən “Qəbələ” 300-ə matçdakı 3-cü qolla çatdı.

“Qəbələ”nin yubiley qolları

1-ci qol – 21.09.2005 Birinci dəstə Göy-Göl (Xanlar) – Şərur (Bakı) 8:0 İlqar İbrahimov, 23-öz qapısına

50-ci qol – 01.03.2006 Birinci dəstə Simurq (Zaqatala) – Gilan (Xanlar) 1:3 Əli Abışov, 76

100-cü qol – 07.04.2007 Premyer Liqa Simurq (Zaqatala) – Gilan (Qəbələ) 3:1 Vitali Balamsetnı, 28

150-ci qol – 09.08.2008 Premyer Liqa Qəbələ – NBC (Salyan) 4:1 Vüsal Hüseynov, 11

200-cü qol – 20.11.2009 Premyer Liqa Standard (Sumqayıt) – Qəbələ 1:2 Tomaş Stolpa, 21

250-ci qol – 17.04.2011 Premyer Liqa Qəbələ – Simurq (Zaqatala) 3:0 Milan Antiç, 34

300-cü qol – 29.04.2012 Premyer Liqa Qəbələ – Bakı 4:0 Viktor Mendi, 58

– Mendinin qolu həm də Premyer Liqada 100-cü ev qoludur.

– “Qəbələ” “Bakı” sindromunu qırıb 730 gündən sonra qalib gəldi. Komanda rəqibini 2010-cu il mayın 1-dəki 1:0 hesablı qələbədən sonra 7 matç idi uda bilmirdi. Bu görüşlərdə 2 heç-heçə edən “Qəbələ” 5 dəfə uduzmuşdu.

– 22 cu dəfə keçirilən “Qəbələ” – “Bakı" dueli tarixində ən böyükhesablı nəticə qeydə alındı. İndiyədək “Bakı” 2 dəfə 3 top fərqi ilə qalib gəlmişdi – hər ikisində 3:0. 4 və daha artıq top fərqi ilə qələbə qazanan ilk tərəf isə “Qəbələ” olıdu.

– Ümumilikdə komanda tarixində 28-ci dəfə böyük hesabla qalib gəldi. Bunların 4-ü cari mövsüm qeydə alınıb: 3-ü çempionat, 1-i kubokda. Premyer Liqadakı hər 3 darmadağın 2012-ci ildə qeydə alınıb.

– Bunların 11-i birinci dəstə, 4-ü ölkə kubokuna təsadüf edibsə Premyer Liqada 13-cü dəfə 3 və ya daha çox top fərqi ilə qələbə əldə olunub. Bunların da 2-si final mərhələsində baş verib. Cari mövsümədək ilk “altılıq”da darmadağına sevinməyən “Qəbələ” tarixi rekordunu yeniləyib.

– “Qəbələ” 17-cı dəfə öz meydanında böyük hesabla qalib gəlib. Bunların 7-si birinci dəstə, 2-si kuboka təsadüf etmişdisə 8-ci dəfə Premyer Liqa qonaqlar məğlub edildi. Digər 11 darmadağın isə səfərdə gerçəkləşib.

– Premyer Liqadakı 13 böyükhesablı qələbənin 7-si Ramiz Məmmədov, 3-ü Toni Adams, 3-ü Fatih Kavlakın baş məşqçiliyi dövrünə təsadüf edib.

– “Bakı” “Qəbələ”nin böyük hesabla məğlub etdiyi 19-cu komanda oldu. MOİK ilə “Muğan”ın hərəsini 3, “Şərur”, “Gənclərbirliyi-2”, “Energetik”, “Şahdağ” (Quba) və “Simurq”un hərəsini 2 dəfə məğlub edən Qəbələ futbolçuları digər 12 rəqibi 1 dəfə ağır məğlubiyyətə məruz qoyublar.

– “Qəbələ”nin bütün böyük hesablı qələbələri

2005/06 21.09.2005 Birinci divizion Göy-Göl (Xanlar) – Şərur (Bakı) 8:0
2005/06 15.10.2005 Azərbaycan kuboku MOİK (Bakı) – Göy-Göl (Xanlar) 0:4
2005/06 16.11.2005 Birinci divizion Göy-Göl (Xanlar) – Gənclərbirliyi-2 (Sum) 4:1
2005/06 07.12.2005 Birinci divizion Energetik (Mingəçevir) – Göy-Göl (Xanlar) 0:3
2005/06 15.02.2006 Birinci divizion Şərur (Bakı) – Gilan (Xanlar) 0:3
2005/06 22.02.2006 Birinci divizion Gilan (Xanlar) – Rote Fahne (Tovuz) 4:1
2005/06 08.03.2006 Birinci divizion Gilan (Xanlar) – Viləş (Masallı) 3:0
2005/06 22.03.2006 Birinci divizion Gilan (Xanlar) – Ədliyyə (Bakı) 4:0
2005/06 19.04.2006 Birinci divizion Gənclərbirliyi-2 (Sumqayıt) – Gilan (Xanlar) 1:4
2005/06 10.05.2006 Birinci divizion Gilan (Xanlar) – Energetik (Mingəçevir) 6:0
2005/06 17.05.2006 Birinci divizion Yeni Yevlax – Gilan (Xanlar) 0:3
2005/06 24.05.2006 Birinci divizion Gilan (Xanlar) – Şahdağ-2 (Qusar) 4:0
2006/07 12.09.2006 Azərbaycan kuboku Şahdağ (Quba) – Gilan (Qəbələ) 2:5
2006/07 16.10.2006 Azərbaycan kuboku Gilan (Qəbələ) – Şahdağ (Quba) 6:0
2007/08 11.11.2007 Premyer Liqa Gənclərbirliyi (Sumqayıt) – Qəbələ 0:6
2008/09 09.08.2008 Premyer Liqa Qəbələ – Muğan (Salyan) 4:1
2008/09 17.08.2008 Premyer Liqa MOİK (Bakı) – Qəbələ 0:3
2008/09 05.10.2008 Premyer Liqa Qəbələ – Bakılı 3:0
2008/09 14.02.2009 Premyer Liqa Muğan (Salyan) – Qəbələ 0:4
2008/09 22.03.2009 Premyer Liqa Qəbələ – Karvan (Yevlax) 3:0
2009/10 07.11.2009 Premyer Liqa Qəbələ – Muğan (Salyan) 3:0
2010/11 27.11.2010 Premyer Liqa Qəbələ – Simurq (Zaqatala) 4:0
2010/11 04.12.2010 Premyer Liqa MOİK (Bakı) – Qəbələ 0:3
2010/11 17.04.2011 Premyer Liqa Qəbələ – Simurq (Zaqatala) 3:0
2011/12 30.11.2011 Azərbaycan kuboku Qəbələ – Neftçala 3:0
2011/12 03.03.2012 Premyer Liqa Rəvan (Bakı) – Qəbələ 0:4
2011/12 11.03.2012 Premyer Liqa Qəbələ – Neftçi (Bakı) 4:1
2011/12 29.04.2012 Premyer Liqa Qəbələ – Bakı 4:0

– Cari mövsüm Premyer Liqada 9-cu qolunu vuran Yannik Kamanan klub rekordunu təkrarlayıb. Belə ki, “Qəbələ”nin Premyer Liqadakı çıxışları tarixində ən çox qol vuran futbolçular mövsümə 9-dan artıq ol vurmayıb. Buna ötən mövsüm Deon Barton, cari mövsüm Luiz Hilario imza atıb. Kamanan bu 2 komanda yoldaşının rekorduna qoşuldu.

– Yannik Kamanan 9-cu, Viktor Mendi 8-ci dəfə “Qəbələ” formasında qol vurmaqla klub tarixinin ən məhsuldar futbolçuları siyahısında irəlilədilər: Rövşən Əhmədov – 20, Kənan Kərimov – 18, Deon Barton – 15, Vitali Balamestnı, İbrahim Hüseynov – 12, Rəşad Yusubov – 11, Samir Zərgərov, Luiz Hilario – 10, Yannik Kamanan, Fərzad Hatəmi, Vüsal Qarayev – 9, Viktor Mendi, Fazil Pərvərov – 8.

– Qollarının hamısını Premyer Liqada vuran Kamanan buradakı mövqeyini də yaşılaşdırıb Deon Barton – 15, Kənan Kərimov, Vitali Balamestnı – 11, Luiz Hilario, Yannik Kamanan – 9, Fərzad Hatəmi – 8, Samir Zərgərov, Tornike Aptsiauri, Kristian Torres, Tomaş Stolpa, Viktor Mendi – 7.

– Matçın 78-ci dəqiqəsində meydana çıxan Elnur Mustafayev karyerasında ilk dəfə “Qəbələ”nin əsas heyətində rəsmi matça çıxıb. Bununla da o, klub tarixinin 131-ci oyunçusu olub. Bunlardan 15-i yalnız birinci dəstə və ya Azərbaycan kubokunda oynadığından Elnur Premyer Liqada “Qəbələ” forması geyən 116-cı oyunçu olub.

Son yazılar

To Top