Dario Frederiko: “Mən öz gücümə bələdəm”
19.08.2018 , 22:02

Bu gün Topaz Premyer Liqada ikinci tura yekun vurulacaq.
Turun mərkəzi görüşü olan “Neftçi” – “Qəbələ” matçı ev sahiblərinin qələbəsi ilə başa çatdı(2-1). Oyundan sonra “Neftçi”nin futbolçusu Dario Frederiko jurnalistlərin suallarını cavablandırıb.
– Bu oyuna ciddi hazırlaşmışdıq. Baş məşqçinin tapşrıqlarını yerinə yetirdik. Özümüz yaranan fürsətləri qaçırmadıq və bunun nəticəsidir ki, qələbə qazandıq.
– Öz qolun haqqında nə deyə bilərsən?
– “Neftçi” forması ilə qol vurmaq mənimçün böyük bir fəxrdir. Çalışacam ki, bundan sonra daha yaxşı oynayaraq komandaya daha çox xeyir verim.
– Avroliqalardakı oyundan sonra “Neftçi”yə layiq olmadığın iddia edildi..
– Mən öz gücümə bələdəm. Buna görə də, bu fikirlərə diqqət yetirmirəm.
– Oyundan sonra azarkeşlər tələb etdi ki, “Qarabağ”a qalib gələsiz..
– Bu, azarkeşlərin haqqıdı. Biz də onların arzularını yerinə yetirməliyik.
– “Qarabağ”a qalib gəlsəniz, çempionluq haqda düşünmək olarmı?
– Əgər qələbə qazanmaq istəyiriksə, təkcə “Qarabağ”a qarşı yox, bütün rəqiblərimizə qarşı ciddi və gözəl oyun nümayiş etdirməliyik.
