Braziliya yığmasının və “Bavariya”nın müdafiəçisi Dante “DÇ-2014″ün yarımfinalında qarşılaşacaqları Almaniya millisi ilə oyun haqda danışıb.
Korner.az-ın məlumatına görə, futbolçu rəqibin güclü və zəif tərəflərini yaxşı bildiyini deyib:
“Almanların güclü və zəif tərəflərini yaxşı bilirəm. Bu mənada onların bizim üçün sürpriz olmayacaqlarını düşünürəm. Sabahkı görüşdə hər şey ola bilər. Almaniya güclü komandadır. Düzdür, onların heyətində ulduz futbolçu yoxdur. Ancaq onlar yaxşı komanda oyunu nümayiş etdirirlər. Bu da onları daha da güclü edir”.
