Daniyel Munyos: “Barselona”, PSJ və “Real”da oynamağı arzulayıram’”
17.11.2025 , 15:45
“Kristal Pelas” və Kolumbiya millisinin müdafiəçisi Daniyel Munyos karyerasında Avropanın aparıcı klublarında çıxış etmək istədiyini açıqlayıb.
Korner.az xəbər verir ki, futbolçu son günlər yayılan transfer xəbərlərinə münasibət bildirib:
“Mən “Barselona”, “PSJ”, “Real” və ya “Mançester Yunayted” kimi böyük komandaların formasını geyinməyi arzulayıram və bunun üçün çalışıram. Hazırda diqqətimi yalnız “Kristal Pelas” üzərində cəmləmişəm. Hansı klubların mənimlə maraqlandığını bilmirəm. Qış transfer pəncərəsində nələrin olacağını görəcəyik, amma indi millinin növbəti oyunlarına hazırlaşıram.”