big boobs kissing touching figure big tited hot office bregette porns bbcpie big black dick pours multiple creampies into tiny blonde indian aunties outdoors hydden caught sexy hot picture download desi sex video sexy among us domination milky cumsplosion with inflation blast
Futbol

DANIŞMAQ QADAĞANDIR (YAZI)

25.03.2014 , 21:22

Bizim Premyer Liqamız dünyanın ən universal çempionatlarındandır. Burda azarkeşə təkcə futbol yox, həm də gülmək üçün material təqdim olunur. Bəzən klublarımız elə qərarlar qəbul edirlər ki, adlarının sonundakı “Peşəkar Futbol Klubu” abreviaturasına şübhə ilə yanaşırsan. Məsələn, gülüş doğuran sonuncu addımı Tərlan Əhmədov atdı.

Yəqin ki, xəbəriniz var, Tərlan bəy AZAL-ın başına keçən kimi qəbul etdiyi ilk qərar futbolçularına mətbuata danışmağı qadağan etməsi oldu. İnsanda öncə elə təsəvvür yaranır ki, AZALda hər şey əla gedir, komanda uğurlu seriya yaxalayıb və buna görə də baş məşqçi futbolçuların fikrinin dağılmasını istəmədiyinə görə belə bir qərar qəbul edib. Amma turnir cədvəlinə baxdıqda bunun belə olmadığını görürsən. Autsayderlər arasında yer alan bir klubun mətbuata naz etməsi insanda gülüş doğurmaya bilməz. Yəqin Tərlan bəy “Neftçi”dən ayrıldıqdan sonra ölkə futbolu ilə maraqlanmağa imkan tapmayıb. Buna görə də AZAL-da hər şeyin əla getdiyini düşünür. Həll etməyə problem tapa bilmədiyindən, bekarçılıqdan bu qərarı qəbul edib. Əlbəttə, mən günahı təkcə Tərlan Əhmədovda görmürəm. Günahın bir qismi də yerli mətbuatdadır ki, hər kəsi göyün yeddinci qatına qaldırır və nəticədə belə hallarla üzləşir.

Tərlan bəy, əgər qəbul etdiyiniz qərarla AZAL-ı peşəkar və nizam-intizamlı kluba çevirmək istəyirsinizsə, boşuna yorulmayın, çünki futbol ictimaiyyəti artıq komandanızın “xəmir”inə bələddir. Əgər AZAL adının sonundakı PFK-ya hörmət edən klub olsaydı, uzunmüddətli fəaliyyət planı hazırlayardı. Daha sınıq-salxaq heyətlə Vaqif Sadıqovdan nəticə tələb etməzdi.

Bu gün AZAL rəhbərliyinin şirin vədlərinə inanıb radikal qərarlar qəbul edən Əhmədovun sabah AZAL-dakı sələflərinin vəziyyəti ilə üzləşəcəyindən ehtiyat edirəm. Nədənsə yerli məşqçilər hansısa klubda işləyəndə mətbuatın müsahibə xahişini müxtəlif bəhanələrlə rədd edir. Klubundan ayrıldıqdan sonra isə acqarına saatlarla müsahibə verə bilirlər. Bu gün jurnalistlərə bir neçə kəlmə deməyi özünə və yetirmələrinə rəva bilməyən Tərlan bəyin sabah haqsızlıqlarla üzləşdikdə danışmağa diktofon axtarışına çıxacağından ehtiyat edirəm. Sadəcə olaraq əcnəbilər kimi, yerli məşqçilərin də mətbuata soyuq münasibəti insanda böyük təəssüf doğurur. Kim bilir, bəlkə də Əhmədov bu qərarı qəbul etməklə komanda daxilində baş verənləri ört-badır etməyə çalışır. 

Bildiyimə görə, Tərlan bəy AZAL-ın başına keçdikdən sonra ilk (görünən odur ki, həm də son) müsahibəsində bildirib ki, vaxtilə bu komandada oynaması ona yardımçı olacaq. Təki belə olsun. Amma qorxuram ki, uğurlu nəticələrdən sonra daha da “havalanacaq” Əhmədov oyunsonrası mətbuat konfranslarına qatılmaqdan da imtina etsin.

P.S. Hörmətli Tərlan bəy, peşəkarlıq üzərində quracaqsınızsa işinizi… sizə tövsiyəm: Vaqif Sadıqovla birlikdə komandadan ayrılan Şakir Qəribovdan nümunə götürəsiniz. Axı siz vaxtilə “Neftçi”də çalışarkən bunu etməmişdiniz…

Ürfan Məmmədzadə

Son yazılar

To Top