Danimarkada kubokun qalibi məlum oldu
10.05.2024 , 14:38

Danimarka kubokunda 2023/24 mövsümünün qalibi məlum olub.
Korner.az xəbər verir ki, final matçında “Silkeborq” “Orxus”la üz-üzə gəlib.
Həlledici qarşılaşmada “Silkeborq” 1:0 hesabı ilə qalib gələrək tarixində ikinci dəfə Danimarka kubokunu qazanıb.
107 yaşlı klub ilk dəfə 2001-ci ildə ölkə kubokunun sahibi olub.
