Danimarkada çempion müəyyənləşdi
10.07.2020 , 18:14

Danimarka Super Liqasında 2019/20 mövsümünün qalibi müəyyənləşib.
Korner.az xəbər verir ki, XXXII turda lider “Midtyulland” ən yaxın izləyicisi “Kopenhagen”i qəbul edib. Görüş meydan sahiblərinin 3:1 hesablı qələbəsi ilə bitib.
Bununla da, sona dörd tur qalmış xallarını 78-ə çatdıran “Midtyulland” çempionluğunu rəsmiləşdirib.
Bu komandanın 3-cü dəfə ölkə çempionluğudur.
