Topaz Premyer Liqasının 2-ci turunda “Qəbələ” öz meydanında “Araz Naxçıvan”la qarşılaşıb.
Korner.az-ın məlumatına görə, rəqibini 1-0 hesabı ilə məğlub edən “Qəbələ” mövsümdə ilk qələbəsini qazanıb.
“Qəbələ” klubunun baş məşqçisi Dorinel Munteanu oyun haqda bunları deyib:
“Komandamın ünvanına yalnız xoş sözlər deyə bilərəm. Çox çalışdıq, yaxşı oynadıq və qələbə qazandıq. İlk hissənin başlanğıcında rəqibə daha rahat oynamağa imkan verdik. Lakin qol vurduqdan sonra komanda öz oyununu göstərməyə başladı, ikinci qolu da vurub oyunda nöqtəni qoya bilərdik. Təəssüf ki, bunu bacarmadıq. İkinci hissədə hesabı qoruduğumuz üçün müdafiəyə çox çəkildik. Bununla bağlı komanda ilə söhbət edəcəm”.
