Maldini İtaliyada klubunu dəyişir
26.01.2026 , 15:45
“Atalanta”nın hücumçusu Daniel Maldini mövsümün ikinci yarısını “Latsio”da keçirəcək.
Korner.az xarici KİV-ə istinadən xəbər verir ki, 24 yaşlı futbolçu İtaliya klubuna satınalma hüququ ilə icarəyə veriləcək.
Xəbərdə bildirilir ki, klublar artıq keçid ilə bağlı razılığa gəliblər.
Bu mövsüm A Seriyasında 9 oyuna çıxan Maldini hələ qol vura bilməyib və son 4 matçı ehtiyat oyunçular skamyasında keçirib.