Dani Quiza yenidən meydanlara qayıtdı
28.01.2026 , 14:45
İspaniya millisinin keçmiş hücumçusu Dani Quiza karyerasını yeni komandada davam etdirəcək.
Korner.az xəbər verir ki, 45 yaşlı futbolçu İspaniyanın 7-ci liqasında mübarizə aparan “Xerez İndustrial” klubu ilə anlaşıb.
Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Təcrübəli forvardla mövsümün sonunadək – bu ilin iyun ayına qədər müqavilə imzalanıb.
Qeyd edək ki, Dani Quiza futbolçu karyerası ərzində “Fənərbağça”, “Barselona”, “Kadis”, “Mayorka” və “Xetafe” kimi klubların formasını geyinib.